Azərbaycan millisi seçmə mərhələdə iştirak etməyəcək

Azərbaycan millisi seçmə mərhələdə iştirak etməyəcək Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Ad
Futbol
9 Oktyabr , 2021 00:03
Azərbaycan millisi seçmə mərhələdə iştirak etməyəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması 2023-cü il Avropa çempionatının seçmə mərhələsində iştirak etməyəcək.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu addım yığmanın heyətində 3 futbolçunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) koronavirusa yoluxması ilə bağlı atılıb.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, milli assosiasiyanın Texniki departamentinin verdiyi rəy, komandanın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, qarşılıqlı razılaşma əsasında komandanın seçmə mərhələdə çıxış etməməsi qərara alınıb.

Yaxın günlər ərzində UEFA tərəfindən milliyə Norveç, Belçika və və Lüksemburqla oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

Qeyd edək ki, hazırda Belçikada olan Azərbaycan millisinin koronavirusa yoluxmuş üzvləri yerli ölkənin daxili qanunları nəzərə alınaraq, qaldıqları hoteldə karantin rejimindədir.

Son xəbərlər

Orphus sistemi