Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın müqaviləsinin müddəti uzadılıb.
"Report"un məlumatına görə, bu barədə AFFA İcraiyyə Komitəsi qərar çıxarıb.
Braziliyalı mütəxəssis daha bir il yığmaya rəhbərlik edəcək.
Bundan əlavə, pandemiya ilə əlaqədar ölkə çempionatının keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA kubokunda çıxış edəcək klubun müəyyənləşdirilməsi Futzal Federasiyasına tapşırılıb.