Qadınlardan ibarət Azərbaycan millisinin futbolçuları Aysun Əliyeva və Ayşən Əhmədovanın yeni klubu bəlli olub.
"Report" xəbər verir ki, hər iki oyunçu Türkiyə təmsilçisi "Rizespor"la müqavilə imzalayıb.
Onların sözləşmələrinin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Aysun Əliyeva son olaraq Türkiyədə "Fomget Genclik ve Spor", Ayşən Əhmədova isə Rusiyanın "Rubin" klubunun formasını geyinib.