Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubu Türkiyə I liqasında X turun oyununu keçirib.
"Report"un məlumatına görə, rəqib "Balıkesirspor" olub. Qarşılaşma "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Ələskərov 29-cu dəqiqədə görüşdə birinci qolun müəllifi olub.
Beləliklə, 26 yaşlı yarımmüdafiəçi Bursa təmsilçisinin heyətində rəsmi qarşılaşmalarda ilk qoluna imza atıb. O, 88-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 9 oyundan sonra xallarının sayını 11-ə çatdıran "Bursaspor" 9 - 12-ci yerləri bölüşdürür.