Ukraynanın "Kolos" klubunda noyabrın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
"Report" Kovalivka təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 6 nəfərlik siyahıda Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev də yer alıb.
Qalib azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, "Kolos"a cari mövsümün əvvəlində keçən Nuriyev 6 gün öncə səfərdə "Minay"la 1:1 hesablı heç-heçə etdikləri Ukrayna Premyer Liqasının III turundan təxirə salınmış oyunda cərimə zərbəsindən baxımlı qola imza atıb.