Azərbaycan millisinin oyunçusu Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin oyunçusu Qazaxıstan klubuna keçib Azərbaycan millisinin və "Araz-Naxçıvan" klubunun futzalçısı Hadi Ahmadi karyerasını Qazaxıstanda davam etdirəcək.
Futbol
8 Dekabr , 2021 10:20
Azərbaycan millisinin oyunçusu Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin və "Araz-Naxçıvan" klubunun futzalçısı Hadi Ahmadi karyerasını Qazaxıstanda davam etdirəcək.

Azərbaycan Futzal Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 27 yaşlı oyunçu "Bayterek"lə anlaşıb.

Hücumçunun Uralsk təmsilçisi ilə müqaviləsi 2022-ci ilin mayınadək nəzərdə tutulub.

Qeyd edək ki, “Bayterek” Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadi Ahmadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi