Azərbaycan millisinin Qətərlə matçı Avstriyada olacaq

Azərbaycan millisinin Qətərlə matçı Avstriyada olacaq Qarşılaşma Avstriyanın Vyana şəhərində təşkil ediləcək
Futbol
10 Fevral , 2021 12:07
Azərbaycan millisinin Qətərlə matçı Avstriyada olacaq

2022-ci ildə futbol üzrə dünya çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyan Qətər - Azərbaycan matçının yeri açıqlanıb.

"Report" xəbər verir ki, qarşılaşma Avstriyanın Vyana şəhərində təşkil ediləcək.

Bu gün bu barədə UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub.

Qeyd edək ki, martın 27-də "Generali Arena"da keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

Qətər seçməsi 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.

Son xəbərlər

Orphus sistemi