Azərbaycan minifutbol millisinin dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib
Azərbaycan minifutbol millisinin dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşibAzərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.
Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.
“Report”un məlumatına görə, yığma G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.
Komandamız ilk oyununu oktyabrın 27-də İraqa qarşı keçirəcək. Milli bundan iki gün sonra Misirlə, oktyabrın 31-də isə Tunislə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar.
Bununla bağlı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tviter səhifəsində paylaşım edib. Federasiya rəhbəri son Avropa çempionuna mundialda uğurlar arzulayıb.
Qeyd edək ki, dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.
26 oktyabr-4 noyabr tarixlərində BƏƏ-nin Ras Al Xayma şəhərində minifutbol @minifootballcom üzrə keçiriləcək dünya çempionatında millimiz İraq, Misir və Tunis yığmaları ilə bir qrupa düşərək, mübarizəni 27 oktyabr tarixində başlıyacaq. Millimizə uğurlar arzu edirəm! pic.twitter.com/GVy7JG7V3X