Azərbaycan və Portuqaliya milli komandaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu üçün AFFA tərəfindən şəhid ailələrinin üzvlərinə və şəhid övladlarına bilet ayrılıb.
"Report"un məlumatına görə, bu, milli assosiasiya ilə YAŞAT Fondu arasında mövcud əməkdaşlıq çərçivəsində baş tutub.
Qeyd edək ki, AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində YAŞAT Fondunun vasitəçiliyi ilə AVRO-2020-nin Bakıda keçirilmiş oyunları üçün də şəhid övladlarına biletlər təqdim etmişdi.