Azərbaycan Premyer Liqasında XXI turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, qarşılaşmalardan heç birinə futbol üzrə FIFA referiləri baş hakim kimi təyinat almayıb. Yalnız Elçin Məsiyev "Qarabağ" - "Səbail" matçında dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Azərbaycan Premyer Liqası, XXI tur
2 aprel (şənbə)
16:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Azersun Arena"
18:15. “Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
"Kapital Bank Arena"
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bakcell Arena"