Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun iki oyunu üçün bütün təyinatlar bəlli olub.
"Report" xəbər verir ki, “Qarabağ” – “Sabah” matçının baş hakimi Orxan Məmmədov olacaq.
"Sumqayıt" - "Keşlə" qarşılaşması isə FIFA referisi Elçin Məsiyevə tapşırılıb.
13 mart (şənbə)
17:00. “Qarabağ” – “Sabah”
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Əliyar Ağayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Azersun Arena”
19:15. “Sumqayıt” –“ Keşlə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”