AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçiriləcək.
"Report"un məlumatına görə, toplantı milli assosiasiyanın təşəbbüsü əsasında gerçəkləşəcək.
İclas koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması fonunda çağırılıb.
Tədbir bu gün saat 15:00-da başlayacaq.