Beynəlxalq İdman Araşdırmalar Mərkəzi 21 yaşadək futbolçulara ən çox şans verən klubların reytinq siyahısını dərc edib.
"Report"un məlumatına görə, araşdırma dünyanın 71 yüksək liqasından 999 klub arasında aparılıb.
İlk "10-luğ"a Latviyanın 4 klubu düşüb. Onlardan "Metta" (19,9 yaş; 88,1 faiz) 1-ci, "Valmiera" (21,7 yaş; 51,5 faiz) 3-cü, "Dauqavpils" (22,8 yaş; 51,1 faiz) 4-cü, Yurmala "Spartak"ı (22,5 yaş; 38,9 faiz) isə 9-cu yerdə qərarlaşıb.
Moldova təmsilçilərindən Buyukan "Daçiya"sı (22,3 yaş; 57,6 faiz) 2-ci, "Zimbru" 6-cı (22 yaş; 48,7 faiz) olub. Qalan 4 pillədə Danimarka "Norşellan"ı (21,7 yaş; 48,9 faiz), Monteneqro "Titoqrad"ı (23 yaş; 47,6 faiz) Sinqapur "Yanq Lions"u (20,5 yaş; 47,2 faiz) və Slovakiya "Jilina"sı (21,1 yaş; 38,5 faiz) qərarlaşıb.
Azərbaycan klublarının isə mövqeləri belədir:
289. "Qəbələ" (26,5 yaş; 10,4 faiz)
338. "Qarabağ" (26,6 yaş; 9,5 faiz)
426. "Sabah" (26,7 yaş; 7,6 faiz)
531. "Sumqayıt" (25,7 yaş; 5,4)
614. "Keşlə" (27,7 yaş; 4,1 faiz)
622. "Neftçi" (26,4 yaş; 4 faiz)
639. "Zirə" (25,7 yaş; 3,7 faiz)
770. "Səbail" (26,7 yaş, 1,5 faiz)