Azərbaycan Premyer Liqası: "Səbail" "Şamaxı"nı məğlub edib

Azərbaycan Premyer Liqası: "Səbail" "Şamaxı"nı məğlub edib Azərbaycan Premyer Liqasında "Səbail" "Şamaxı"nı məğlub edib.
Futbol
5 Oktyabr , 2024 18:57
Azərbaycan Premyer Liqası: Səbail Şamaxını məğlub edib

Azərbaycan Premyer Liqasında "Səbail" "Şamaxı"nı məğlub edib.

"Report"un məlumatına görə, IX turun oyununda paytaxt təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Qarşılaşmada ilk qolu 27-ci dəqiqədə Qorka Laruçça rəqib qapısından keçirib. 68-ci dəqiqədə isə Madi Queta yekun hesabı müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "Səbail" turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Şamaxı" isə 12 xalla 6-cı sırada qərarlaşıb.

Günün ikinci matçında “Sabah” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" "Neftçi"ni 4:3 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi