Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.
"Report"un məlumatına görə, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Sumqayıt" arasında olacaq. Hazırda əyalət klubu 18 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi isə 11 xalla 6-cı pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında 36 dəfə üz-üzə gəliblər. Bunların 20-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. 11 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində də "qırmızı-qaralar"ın böyük üstünlüyü var - 56:27.
“Sumqayıt” son 4 matçdan yalnız birində qol vurub. “Qəbələ” isə son 3 ev oyununda uduzmayıb.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" evdə "Keşlə"yə minimal hesabla qalib gəlib - 1:0. Ötən gün oynanılmış qarşılaşmalarda isə "Zirə" doğma meydanda "Səbail"i 3:1, "Sabah" isə səfərdə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.
Azərbaycan Premyer Liqası
XI tur
21 noyabr (bazar)
16:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu,