Azərbaycan Premyer Liqası: XV turun daha bir oyunu heç-heçə başa çatıb

Azərbaycan Premyer Liqası: XV turun daha bir oyunu heç-heçə başa çatıb Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Futbol
2 Dekabr , 2023 20:28
Azərbaycan Premyer Liqası: XV turun daha bir oyunu heç-heçə başa çatıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olub.

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Gənclik şəhəri"nin təmsilçisində 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə Roi Kehat fərqlənib. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Luis Paçu, 54-cü dəqiqədə Otto Con vurub.

"Sumqayıt" hazırda 23 xalla üçüncü, "Turan Tovuz" 16 xalla yeddinci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Araz-Naxçıvan" "Səbail"lə heç-heçə edib - 1:1. XV turun digər oyunları 3-4 dekabrda olacaq.

Son xəbərlər

Orphus sistemi