Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Zirə" "Keşlə"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qollarını 17-ci dəqiqədə Loris Bronyo, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurub.
Qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Zirə" 3-cü pillədəki "Qəbələ"yə çatıb. 7 xala malik "Keşlə" isə 7-ci sırada qərarlaşıb. 90+4-cü dəqiqədə "Keşlə"nin futbolçusu Tural Axundov rəqibə qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" son çempion "Neftçi" ilə üz-üzə gələcək. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.