Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda mövsümün antirekordu qeydə alınıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 4 oyunda cəmi 6 qol vurulub, orta məhsuldarlıq 1,50-yə bərabər olub.
Daha aşağı məhsuldarlığa sonuncu dəfə ötən mövsümün XXI turunda təsadüf edilib. Həmin vaxt 4 görüşdə cəmi 5 qol qeydə alınıb və məhsuldarlıq 1,25-ə bərabər olub.
Qeyd edək ki, “Sabah”ın “Neftçi”yə, “Səbail”in “Zirə”yə minimal hesabla, “Sumqayıt”ın “Qəbələ”yə 0:4 hesabı ilə uduzduğu turda “Keşlə” və “Qarabağ” qolsuz sülhə imza atıb.