Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXVI turda baş tutub.
5 qolun vurulduğu turda məhsuldarlıq 1,25-ə bərabər olub. “Səbail” – “Sabah” (0:2) və “Sumqayıt” – “Şamaxı” (2:0) görüşlərinin hərəsində iki, “Qəbələ” – “Neftçi” (1:0) qarşılaşmasında bir qol vurulub. “Qarabağ” – “Zirə” matçında isə hesab açılmayıb.
Bunadək mövsümün antirekordu XVII turda qeydə alınmışdı. Həmin vaxt 4 matçda cəmi 6 qol vurulub.