Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda qapılara cəmi 5 top vurulub.
"Report" xəbər verir ki, bu, mövsümün antirekordunun təkrarlanması deməkdir.
Cari mövsüm XI və XVII turda da qapı torları 5 dəfə silkələnib. Hər üç turda orta məhsuldarlıq 1,25-ə bərabər olub.
Ən çox qol isə X turda vurulub. Həmin vaxt komandalar ümumilikdə 19 dəfə fərqlənə bilib və orta məhsuldarlıq 4,75-ə çatıb.
Qeyd edək ki, XXI turda "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0, "Sabah" evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. "Keşlə" - Qarabağ" oyunu 1:1 hesablı bərabərliklə bitibsə, "Səbail" - "Zirə" görüşündə qol vurulmayıb.