Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb.
Futbol
14 İyun , 2023 09:53
Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında son 12 ilin rekordu qeydə alınıb.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bu, 2022/2023 mövsümündə 17 baş hakimin oyunları idarə etməsi ilə həyata keçib.

Daha yüksək göstərici sonuncu dəfə 2010/2011 mövsümündə yaşanıb. Həmin vaxt 19 ədalət təmsilçisi baş hakim kimi təyinat alıb. Sonrakı mövsümlərdə bu rəqəm aşağı olub.

Geridə qalan mövsüm üç hakim daha çox – hərəyə 16 qarşılaşmada ədaləti qoruyub. Mövsümün liderləri Əliyar Ağayev, Fərid Hacıyev və Tural Qurbanov olublar.

Elçin Məsiyevlə Rəşad Əhmədov hərəyə 15, Rəvan Həmzəzadə 14 dəfə meydana baş hakim kimi çıxıb. 12 referi 10 və ya daha çox matçda söz sahibi olub. Üç hakim isə yalnız bir qarşılaşmanı idarə edib.

1-3

Əliyar Ağayev

16

Fərid Hacıyev

16

Tural Qurbanov

16

4-5

Elçin Məsiyev

15

Rəşad Əhmədov

15

6

Rəvan Həmzəzadə

14

7-8

İnqilab Məmmədov,

13

Rauf Allahverdiyev

13

9

Rauf Cabarov

12

10-11

Cavid Cəlilov

11

Kamal Umudlu

11

12

Nicat İsmayıllı

10

13

Kamranbəy Rəhimov

8

14

Vüqar Həsənli

7

15-17

Əli Əliyev

1

Emin Əliyev

1

Kamran Əliyev

1

Son xəbərlər

Orphus sistemi