Azərbaycanda VAR (videoköməkçi hakim) sisteminin tətbiqi ilə bağlı işlər davam etdirilir.
Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik məlumat verib.
Avstriyalı funksionerin sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar gedir: "VAR-ın tətbiqi ilə əlaqədar FIFA, eləcə də digər milli assosiasiyalarla işləyirik. Təcrübələri haqqında rəy almaq üçün onlarla əlaqədəyik".
Qeyd edək ki, Azərbaycanda VAR sisteminin 2022/2023 mövsümündən tətbiq olunacağı gözlənilir.