Azərbaycanda VAR-ın tətbiq olunacağı vaxt açıqlanıb

Azərbaycanda VAR-ın tətbiq olunacağı vaxt açıqlanıb Azərbaycan futbolunda VAR-ın tətbiqi martın sonları - aprelin əvvəllərində tətbiq oluna bilər.
Futbol
2 Fevral , 2022 11:10
Azərbaycanda VAR-ın tətbiq olunacağı vaxt açıqlanıb
Frits Ştuxlik

Azərbaycan futbolunda VAR sistemi martın sonları - aprelin əvvəllərində tətbiq oluna bilər.

"Report"un məlumatına görə, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik açıqlama verib.

O bildirib ki, hazırda çiplərin gətirilməsi üzərində işlər gedir: "Çiplər bizdən asılı olmayaraq, ləngiyir. Öncədən 2020-ci il dekabrın ortalarında gözləyirdik. İndi isə 20 fevrala gələcəyini planlaşdırırıq. Hər şey plan üzrə getsə, bu sistemi fevralın sonları - martın əvvəllərində yarada biləcəyik. Mərkəz kimi Bakı Olimpiya Stadionunu nəzərdə tutmuşuq. Avadanlıqlar maşınlarda qurulacaq. VAR Premyer Liqanın 8 klubunun ev oyunlarını keçirdiyi arenalarda, eləcə də Tofiq Bəhramov adına Respublika stadionu və "Dalğa Arena"da tətbiq olunacaq. Yəni, FIFA-nın sertifikasiya etdiyi stadionlardan istifadə oluna bilər".

Son xəbərlər

Orphus sistemi