Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı VII qrupda İrlandiyaya uduzub.
"Report"un məlumatına görə, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru-2” stadionunda baş tutan oyun rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya da hesabla məğlub olub - 0:2. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Moldova yığmasına qarşı keçirəcək.