21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gəlib.
"Kayne Zorgen Arena"dakı qarşılaşma rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 3 və 40-cı dəqiqədə Çikvubueyke Adamu, 19-cu dəqiqədə Emanuel Aivu, 85-ci dəqiqədə Roman Şmit, 90 və 90+3-cü dəqiqədə isə Tobias Anselm vurub.
Qrupun digər görüşündə Xorvatiya səfərdə Finlandiyaya qalib gəlib - 2:0.
Azərbaycan komandası qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. Hazırda xalı olmayan yığma 5-ci pillədə qərarlaşıb.