Azərbaycanın U-21 millisi Norveçə uduzub

Azərbaycanın U-21 millisi Norveçə uduzub 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
16 Noyabr , 2021 21:50
Azərbaycanın U-21 millisi Norveçə uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Norveç yığmasını qəbul edib.

“Bakcell Arena”dakı qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan seçməsinin heyətində yeganə qolu 80-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub. Rəqibdən isə 4-cü dəqiqədə Yohan Hove və 53-cü dəqiqədə Osame Sahraui fərqləniblər.

Bununla da milli komanda qrupdan çıxmaq şanslarını itirib.

Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 6 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Norveç isə 15 xalla Xorvatiya ilə birlikdə 1-2-ci yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi