Azərbaycanın U-21 yığması seçmə mərhələdə ikinci oyununu keçirəcək

Azərbaycanın U-21 yığması seçmə mərhələdə ikinci oyununu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Futbol
7 Sentyabr , 2021 08:00
Azərbaycanın U-21 yığması seçmə mərhələdə ikinci oyununu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gələcək. "Kayne Zorgen Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Belarusdan olan FIFA referisi Amin Kurqheli idarə edəcək.

Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. Hazırda xalı olmayan yığma 5-ci pillədə qərarlaşıb.

Avropa çempionatının seçmə mərhələsi

A qrupu

20:00. Avstriya - Azərbaycan

Hakimlər: Amin Kurqheli, Yuri Xomçenko, Viktor Xetskov, Denis Şerbakov (Belarus)

Rid, "Kayne Zorgen Arena"

Xal durumu: Norveç - 3, Finlandiya - 3, Xorvatiya - 3, Avstriya - 3 (2 oyuna), Azərbaycan - 0, Estoniya - 0 (2)

Son xəbərlər

Orphus sistemi