Azərbaycanlı FİFA referisi Babək Quliyev UEFA-dan təyinat alıb.
"Report"un əldə etdiyi məlumata görə, 49 yaşlı ədalət təmsilçisi ilk dəfə beynəlxalq oyunda hakim-inspektor funskiyasını yerinə yetirəcək.
Quliyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ matçında iş başında olacaq. O, Şimali Makedoniya - Polşa qarşılaşmasında çexiyalı hakim Tomas Klimanın işinə qiymət verəcək.
Qeyd edək ki, oktyabrın 11-də Polşadakı Torun şəhərində gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.