Azərbaycanlı futbol hakimləri Türkiyədə VAR seminarında iştirak edir

Azərbaycanlı futbol hakimləri Türkiyədə VAR seminarında iştirak edir Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və köməkçiləri, I Divizionun oyunlarını idarə edən bir neçə referi, həmçinin "CBC Sport" telekanalının bir neçə operatoru Türkiyənin İstanbul şəhərində təşkil olunan seminarda iştirak edirl
Futbol
2 Noyabr , 2021 18:34
Azərbaycanlı futbol hakimləri Türkiyədə VAR seminarında iştirak edir

Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və köməkçiləri, I Divizionun oyunlarını idarə edən bir neçə referi, həmçinin "CBC Sport" telekanalının bir neçə operatoru Türkiyənin İstanbul şəhərində təşkil olunan seminarda iştirak edirlər.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seminarın məqsədi VAR otaqları ilə tanışlıq, simulyator vasitəsilə praktiki məşğələlər və nəzəri biliklərin artırılmasıdır.

Noyabrın 4-dək davam edəcək seminarın təlimatçıları Barış Şimşek, Burçin Keskin və Frits Ştuxlikdir.

Son xəbərlər

Orphus sistemi