Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" klubunun Ukrayna Premyer Liqasına qayıdışı rəsmiləşib.
"Report" liqanın rəsmi saytına istinadən xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsi komandanın elitaya buraxılmasına icazə verib.
"Minay" maliyyə problemləri səbəbindən çempionatda iştirakdan imtina edən "Olimpik"i əvəzləyib.
Qeyd edək ki, "Minay" ötən mövsüm sonuncu olduğu üçün Premyer Liqanı tərk etmişdi.