Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyununa təyinat alıb

Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyununa təyinat alıb Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.
Futbol
31 Avqust , 2021 16:26
Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyununa təyinat alıb
Rauf Cabbarov

Azərbaycanın FİFA referisi Rauf Cabbarov UEFA-dan yeni təyinat alıb.

"Report"un məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət İsveçrə və Cəbəllütarıq yığmaları arasında Avropa çempionatının seçmə mərhələ matçını idarə edəcək. Cabbarova yan xətt hakimləri Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 3-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi