Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
"Report" xəbər verir ki, o, Slovakiyada "Jilina" və Çexiyanın "Yablonets" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda iş başında olacaq.
Qeyd edək ki, görüş avqustun 26-da gerçəkləşəcək.