İspaniya "Barselona"sından ayrılan İvan Rakitiçin "Sevilya"ya transferi rəsmiləşib.
"Report" klubun saytına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Əndəlusiyalılar bu keçid üçün qarşı tərəfə 1,5 milyon avro təzminat ödəyib. Gələcəkdə bonuslarla birlikdə bu məbləğ ümumilikdə 10,5 milyon avro olacaq.
Qeyd edək ki, 32 yaşlı Rakitiç 2011-2014-cü illərdə də "Sevilya"da çıxış edib.