İspaniya "Barselona"sı futbolçusu Ansu Fati ilə müqavilənin müddətini uzadıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə 6 illik yeni sözləşmə imzalanıb.
Kataloniya təmsilçisi gənc forvardın yeni təzminat məbləğinin isə 1 milyard avro olduğunu açıqlayıb.
Qeyd edək ki, Ansu Fati 2019-cu ildən "Barselona"nın əsas komandasında çıxış edir.