"Barselona" iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür

"Barselona" iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür İspaniyanın "Barselona" klubu iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür.
Futbol
26 Noyabr , 2024 19:11
Barselona iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür

İspaniyanın "Barselona" klubu iki futbolçusu ilə müqavilə müddətini artırmağı düşünür.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, La Liqanın hazırkı lideri Pedri və Qavi ilə sözləşməni yeniləmək üçün danışıqlara başlayıb.

Hər iki oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Qeyd edək ki, Pedri cari mövsüm 18 oyunda 3 qol vurub. Qavi isə cəmi 7 matçda iştirak edib və heç nə ilə yadda qalmayıb.

Son xəbərlər

Orphus sistemi