"Barselona" klubu 250 milyon avroluq təklifdən imtina edib

"Barselona" klubu 250 milyon avroluq təklifdən imtina edib İspaniyanın "Barselona" klubu bu il futbolçusu Lamin Yamal üçün 250 milyon avroluq təklifi rədd edib.
Futbol
18 Oktyabr , 2024 12:05
Barselona klubu 250 milyon avroluq təklifdən imtina edib

İspaniyanın "Barselona" klubu bu il futbolçusu Lamin Yamal üçün 250 milyon avroluq təklifdən imtina edib.

"Report" xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta açıqlama verib.

"Altı ay əvvəl mənə Lamini 250 milyon avroya almaq təklifi ilə müraciət etdilər. Amma bu təklifi rədd etdim. O, dünyanın ən məşhur futbolçusudur", - deyə X.Laporta bildirib.

Deyilənə görə, L.Yamal üçün 250 milyon ödəməyə hazır olan klub PSJ-dir (Fransa).

Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi İspaniya yığmasının tərkibində AVR0-2024-ün qalibi olub.

Son xəbərlər

Orphus sistemi