"Barselona" milli komandanın üzvü ilə 5 illik müqavilə imzalayacaq

"Barselona" milli komandanın üzvü ilə 5 illik müqavilə imzalayacaq İspaniya "Barselona"sı İngiltərənin "Mançester Siti" klubundan transfer etməyə hazırlaşdığı Ferran Torreslə 5 illik müqavilə imzalayacaq.
Futbol
22 Dekabr , 2021 20:06
Barselona milli komandanın üzvü ilə 5 illik müqavilə imzalayacaq

İspaniya "Barselona"sı İngiltərənin "Mançester Siti" klubundan transfer etməyə hazırlaşdığı Ferran Torreslə 5 illik müqavilə imzalayacaq.

"Report"un məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, 21 yaşlı hücumameylli yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün dekabrın 23-də Barselonaya uçacaq.

İspaniya millisinin üzvü ilə müqavilə bağlandıqdan sonra klublar keçidlə bağlı rəsmi birgə açıqlama yayacaqlar.

Qeyd edək ki, Ferran Torres bu mövsüm "şəhərlilər"in heyətində 7 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi