"Barselona" komandası "Sevilya"ya ilə İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk matçına itkilərlə çıxacaq.
"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Miralem Pyaniç, Serjinyo Dest və Martin Breytueyt zədə səbəbindən oynaya bilməyəcək.
Daha əvvəl Jerar Pike, Serxio Roberto, Ansu Fati, Filippe Koutinyo və Ronald Arauxonun eyni səbəbdən görüşdə iştirak etməyəcəkləri bəlli idi.
Qeyd edək ki, fevralın 10-da keçiriləcək "Sevilya" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.