İspaniya "Barselona"sının baş məşqçisi Xavi Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən Erlinq Holannla görüşüb.
"Report" "L'Esportiu" nəşrinə istinadən xəbər verir ki, Münhen şəhərindəki görüşdə 22 yaşlı hücumçunun Kataloniya təmsilçisinə mümkün keçidi müzakirə olunub.
Toplantıda klubun idman məsləhətçisi Yordi Kroyf da iştirak edib. Norveçli forvard zədəsini sağaltmaq üçün hazırda Münhendədir.
"Barselona"nın prezidenti Joan Laporta da Holannı komandada görmək istəyir və bu məqsədlə hücumçunun agenti Mino Rayola ilə bir neçə görüş keçirib.
Qeyd edək ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" klubları da Erlinq Holannın transferində maraqlıdır.