İspaniyanın "Barselona" klubu Almaniyada "Bavariya" qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununa itki ilə çıxacaq.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, Ansu Fatinin matçı buraxacağı dəqiqləşib.
19 yaşlı hücumçunun dekabrın 3-də kollektivlə məşqlərə qatılacağı planlaşdırılsa da, bu gerçəkləşməyib. İspaniyalı forvard hələlik fərdi məşqlərlə kifayətlənir. Onun iki həftədən sonra sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, Ansu Fati La Liqanın XIII turunda "Selta" ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə zədələnib. Dekabrın 8-də keçiriləcək "Bavariya" - "Barselona" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.