"Barselona" klubunda çıxış edən Qavi İspaniya millisinin tarixinə düşüb.
"Report"un məlumatına görə, yarımmüdafiəçi buna Çexiya ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyununda nail olub.
45+3-cü dəqiqədə komandasının ilk qoluna imza atan Qavi yığmada ən gənc yaşda bunu bacaran oyunçu adına yiyələnib. Yarımmüdafiəçi 17 yaş 304-cü günündə buna müvəffəq olub.
O, 2020-ci ilin sentyabrında Millətlər Liqası matçında Ukraynaya 17 yaş 311-ci günündə qol vuran Ansu Fatinin rekordunu təzələyib.
Qeyd edək ki, Qavi 2021-ci ildə İspaniya millisində debüt edib.