"Barselona"nın futbolçusu mövsümün sonunda karyerasını başa vura bilər

"Barselona"nın futbolçusu mövsümün sonunda karyerasını başa vura bilər İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike mövsümün sonunda karyerasını başa vura bilər.
Futbol
8 Sentyabr , 2021 11:02
Barselonanın futbolçusu mövsümün sonunda karyerasını başa vura bilər
Jerar Pike

İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike mövsümün sonunda karyerasını başa vura bilər.

"Report"un məlumatına görə, 34 yaşlı müdafiəçi bu barədə "La Sotana" nəşrinə açıqlamasında bildirib.

Təcrübəli oyunçu növbəti mövsüm oynayacağı ilə bağlı təminat verməyini söyləyib: "Artıq komandaya fayda vermədiyimi görsəm, futbolla vidalaşacağam".

Qeyd edək ki, Kataloniya təmsilçisinin yetirməsi olan Jear Pike 2008-ci ildən əsas komandada oynayır. O, "Barselona"da 568 oyuna çıxıb, 51 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi