İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati aprelin sonunadək yaşıl meydanlardan kənarda qalacaq.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçunun tam sağalması üçün ən azı daha 12 həftə lazım olacaq.
Qeyd edək ki, Ansu Fati yanvarın 20-də "Atletik"ə 2:3 hesabı ilə uduzduqları ölkə kubokunun 1/8 final mərhələsinin oyununda sıradan çıxıb. Forvard konservativ müalicəyə üstünlük verərək əməliyyatdan imtina edib.