İspaniyanın “Barselona” klubu və futbol üzrə gənclərdən ibarət yığma komandasının keçmiş qapıçısı Fransesk Arnau 45 yaşında vəfat edib.
“Report” xəbər verir ki, məlumatı “AS” agentliyi yayıb.
Bildirilib ki, o, 2019-cu ildən İspaniyanın “Ovedo” klubunda idman direktoru işləyib.
Fransesk Arnau “Barselona” klubunun heyətində 1999-cu ildə İspaniya çempionu olub, 1997-ci ildə Kral Kubokunu, 2002-ci ildə isə “Malaqa”nın tərkibində “İntertoto” Kubokunu qazanıb. O, İspaniyanın gənclərdən ibarət və olimpiya komandalarının heyətlərində çıxış edib. 1998-ci ildə Avropanın gənclər çempionatının “Ən yaxşı oyunçu” adını qazanıb.