"Barselona"nın üzvləri Messinin PSJ-yə keçidini əngəlləmək istəyir

"Barselona"nın üzvləri Messinin PSJ-yə keçidini əngəlləmək istəyir İspaniyanın "Barselona" klubunun üzvləri Lionel Messinin Fransa PSJ-sinə keçidini əngəlləmək üçün Avropa Komissiyasına şikayət edib.
Futbol
9 Avqust , 2021 10:44
Barselonanın üzvləri Messinin PSJ-yə keçidini əngəlləmək istəyir
Lionel Messi

İspaniyanın "Barselona" klubunun üzvləri Lionel Messinin Fransa PSJ-sinə keçidini əngəlləmək üçün Avropa Komissiyasına şikayət edib.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, sənəddə Paris təmsilçisinin maddi vəziyyəti və klubun maliyyə feyr-pley qaydalarını pozması ehtimalı haqqında məlumat verilib.

Bildirilib ki, 2019/2020 mövsümündə PSJ-nin gəlirinin 99 faizi maaşlara xərclənib, Kataloniya klubunda isə bu rəqəm 54 faizdir: "Barselona"nın prezidenti Joan Laporta Lionel Messi maaşını azaltmağa razı olsa da, La Liqanın əmək haqqı üçün müəyyən etdiyi tələblər ucbatından onunla müqaviləni yeniləyə bilməyib".

Xatırladaq ki, "Barselona" avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi