"Barselona" prezidenti Ronald Kumanı dəstəklədi

"Barselona" prezidenti Ronald Kumanı dəstəklədi İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ronald Kuman növbəti mövsümdə də klubda işləməyə davam edəcək
Futbol
24 Mart , 2021 06:41
Barselona prezidenti Ronald Kumanı dəstəklədi
Ronald Kuman

İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ronald Kuman növbəti mövsümdə də klubda işləməyə davam edəcək.

Bu barədə “Report” “Marca”a ya istinadən xəbər verir.

Məlumata görə, dünən – martin 23-də Kuman "Barselona"nın yeni prezidenti Joan Laporta ilə qeyri-formal görüş keçirib. Laporta Niderlanddan olan mütəxəssisə dəstəyini ifadə edib və bildirib ki, Kumanı bundan sonra da "Barselona"nın baş məşqçisi vəzifəsində görmək istəyir.

Kuman 2020-ci ilin avqustunda "Barselona"ya rəhbərlik edib. Daha əvvəl mütəxəssis "Vitess", "Ayaks", "Benfika", PSV, "Valensiya", "AZ Alkmar", "Feyenoord", "Sautqempton", "Everton" kimi klublarda çalışıb, həmçinin Niderland milli komandasına başçılıq edib.

"Barselona" 28 matçda 62 xal yığıb və Primeranın yarış cədvəlində 2-ci yer tutur.

Son xəbərlər

Orphus sistemi