İspaniyanın "Barselona" klubu heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır.
"Report" "Ekipa" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Rayo Valekano"da çıxış edən Stole Dimitrevski ilə müqavilə imzalayacaq.
Klublar artıq 29 yaşlı qolkiperin keçidi ilə bağlı razılığa gəliblər. Şimali Makedoniya millisinin üzvü tibbi müayinədən keçmək üçün Barselonaya yollanıb.
Qeyd edək ki, Stole Dimitrevski 2019-cu ildən "Rayo Valekano"nun formasını geyinib.