İspaniya "Barselona"sı heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Avstriya "Rapid"inin yarımmüdafiəçisi Yusuf Demiri icarəyə götürüb. 18 yaşlı türk əsilli oyunçu ilə 1 illik müqavilə imzalanıb.
La Liqa klubu növbəti mövsümün sonunda 10 milyon avro təzminat qarşılığında istedadlı futbolçunu birdəfəlik transfer edə bilər.
Avstriya millisinin formasını geyinən Demir hələlik "Barselona"nın B komandasında çıxış edəcək.