"Barselona" yeni transferini açıqlayıb

"Barselona" yeni transferini açıqlayıb İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.
Futbol
28 Dekabr , 2021 17:46
Barselona yeni transferini açıqlayıb
Ferran Torres

İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.

"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə "Mançester Siti"sindən Ferran Torreslə müqavilə imzalanıb.

Hələlik onun sözləşməsinin detalları barədə məlumat verilməyib. Daha əvvəl Torresin 55 milyon avro müqabilində "Barselona"ya keçəcəyi bildirilib.

Qeyd edək ki, Ferran Torres 2020/2021 mövsümündə "şəhərlilər"in formasını geyinib.

Son xəbərlər

Orphus sistemi