Baş məşqçi oyun zamanı qapıçıdan simulyasiyaya əl atmasını istəyib

Baş məşqçi oyun zamanı qapıçıdan simulyasiyaya əl atmasını istəyib "Vitess" və "Utrext" komandaları arasında keçirilmiş Niderland Erediviziyasının XII tur matçında maraqlı hadisə baş verib.
Futbol
10 Noyabr , 2021 22:31
Baş məşqçi oyun zamanı qapıçıdan simulyasiyaya əl atmasını istəyib

"Vitess" və "Utrext" komandaları arasında keçirilmiş Niderland Erediviziyasının XII tur matçında maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, qonaq komandanın baş məşqçisi Rene Hake 37-ci dəqiqədə qapıçısı Marten Paesdən simulyasiyaya əl atmağı xahiş edib. Həmin vaxt "Utrext" 1:0 hesabı ilə öndə olub.

Kənardan əl hərəkətləri ilə qolkiperi başa salan mütəxəssis ondan zədəni bəhanə edərək yerə yıxılmasını və vaxt aparmasını istəyib. Lakin Hakenin planı baş tutmayıb və meydan sahibləri ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə hesabı bərabərləşdiriblər.

İkinci hissədə daha bir qol buraxan "Utrext" yekunda 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi